Lerikdə güllələnmə hadisəsi baş verib

Bakı. 29 mart. REPORT.AZ/ Lerik rayonunda güllələnmə hadisəsi baş verib. "Report"un məlumatına görə, rayonun Livədirgə kənd sakini, 1998-ci il təvəllüdlü Elvin İzzət oğlu Zahidov sağ çiyin qurşağının dəlib keçən güllə yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun üzərində əməliyyat aparılaraq yarası təmizlənib. 

Hazırda Lənkəran RXM-in Travmatologiya şöbəsinə keçirilən yaralının vəziyyəti normal qiymətləndirilir. E.Zahidov əlindəki ov silahı ilə ehtiyatsız davranışı səbəbindən güllə yarası aldığını açıqlayıb. 

Faktla bağlı Lerik Rayon Polis Şöbəsində araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48