Lerik sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb

Lerik sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri əməliyyat tədbirləri nəticəsində 3 nəfər rayon sakinindən qanunsuz olaraq saxladıqları ov silahları aşkarlanıb.

Belə ki, həmin şəxslərdən 2 ədəd "İj"və 1 ədəd "TOZ" markalı ov silahı aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Lerik Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47