Lerik sakininin meyiti meşə zolağında tapılıb

Bakı. 30 iyun. REPORT.AZ/ Lerik rayon sakininin meyiti meşə zolağında tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ötən gün Lerik rayon sakini Mail Ağayevin üzərində xəsarətləri olan meyitini Yardımlı RPŞ-nin əməkdaşları aşkarlayıb. Meyit Lerik-Yardımlı yolunun 1-ci kilometrliyindəki meşə zolağında, “UAZ-469B” markalı avtomobilin yaxınlığında tapılıb.

M.Ağayevin qeyd edilən nəqliyyat vasitəsini idarə edərkən onu aşırması nəticəsində ölməsi ehtimal olunduğundan, faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47