Bakı. 24 iyun. REPORT.AZ/ Yerli vaxtla saat 23:35-də Lənkərandan 17 km şimal-qərbdə zəlzələ qeydə alınıb.
"Report" Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələ episentrdə 3 bala qədər hiss olunub.
Zəlzələnin maqnitudası 3,5 kilometr, dərinliyi 16 kilometr olub.