Bakı. 5 aprel. REPORT.AZ/ Lənkəranda baş verən zəlzələ 4 bal gücündə olub.
Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
İlkin məlumatlara əsasən, aprelin 5-də saat 03:16 radələrində Lənkərandan 27 km şimal-qərbdə, Lənkəran ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqələrində isə 3 bala qədər hiss olunub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, zəlzələ nəticəsində dağıntı və tələfat qeydə alınmayıb.
*** 03:21
Lənkəran rayonunda zəlzələ baş verib.
"Report"un Cənub bürosu xəbər verir ki, yeraltı təkanlar Bakı vaxtı ilə təqribən 03:20 radələrində qeydə alınıb.
Təqribən 3 bal gücündə artıq olan yeraltı təkanlar hiss olunub.