Lənkəranda yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb

Lənkəran şəhərində yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb.

"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə, yük və minik avtomobillərinin toqquşması nəticəsində ağır xəsarət alaraq xəstənanaya yerləşdirilən Lənkəran rayonunun Şiləvar kənd sakini, 1953-cü il təvəllüdlü, Ehtiram Mahmud oğlu Axundov dünyasını dəyişib. 

Qeyd edək ki, hadisə iyulun 26-da şəhərin Zərifə Əliyeva və Hənifə Abdullayeva küçələrinin kəsişməsində baş verib.

E.Axundovun idarə etdiyi "VAZ-2107" markalı, 10 KJ 868 dövlət qeydiyyat nişanlı avtomobil "Ford" markalı yük avtomobili ilə toqquşub. Zərbənin gücündən "VAZ" daş hasara, yük avtomobili isə elektrik dirəyinə çırpılıb.

Nəticədə "VAZ"-ın sürücüsü E.Axundov və sərnişini, 1957-ci il təvəllüdlü İntizam Mahmud oğlu Axundov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər