Lənkəranda 18 yaşlı şəxs göldə boğularaq ölüb

Lənkəran rayonunda 18 yaşlı şəxs göldə boğularaq ölüb.

“Report”un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Tükəvilə kəndi ərazisində baş verib.

Kənd sakini, 2007-ci il təvəllüdlü Tohid Bəhram oğlu Ələsgərov ehtiyatsızlıqdan sahələrin suvarılması üçün yaradılan gölə yıxılıb və suda boğulub.

Yaxınları hadisədən xəbər tutandan sonra göldəki suyun səviyyəsi azaldılıb və meyiti sudan çıxarmaq mümkün olub.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lerik rayonunda zəlzələ olub 27 sentyabr, 2026 / 11:31
Laçında traktor minaya düşüb 26 sentyabr, 2026 / 11:51
Axtarışda olan 198 nəfər tutulub 26 sentyabr, 2026 / 10:36