Lənkəranda yaşlı kişini maşın vurub

Bakı. 28 avqust. REPORT.AZ/ Lənkəran şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Cənub bürosunun xəbərinə görə, Lənkəran şəhər, Müzəffər Nəsirli küçəsi, 59 a ünvanında yaşayan 61 yaşlı Nuriyev Siyavuş Cəfər oğlu yolu keçmək istəyən zaman onu "Nissan" markalı avtomaşın vurub.

Sürücü yaralıya yardım göstərilməsi üçün onu öz avtomaşını ilə xəstəxanaya çatdırıb. Qapalı kəllə-beyin travması diaqnozu qoyulan S.Nuriyev reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41