Lənkəranda xarici vətəndaşlar qəzaya düşüb

Moldova vətəndaşları Lənkəran şəhərində avtomobil qəzasına düşüb.

“Report”un Cənub Mərkəzinin verdiyi məlumata görə, hadisə şəhərin Akademik Zərifə Əliyeva küçəsi ilə Mirhaşım Ağayev küçəsinin kəsişməsində baş verib.

Belə ki, əsas yola çıxan “KİA”markalı 99 ND 113 dövlət qeydiyyat nişanlı avtomobil “KİA” markalı 99 NU 805 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub. Nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Qeyd edək ki, əsas yolda hərəkət edən avtomobilin sükanı arxasında Moldova vətəndaşı olub. O, yoldaşı ilə birlikdə Azərbaycana ticarət etmək məqsədi ilə gəlib və şirkətlərin birindən avtomobil kirayə edib.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14