Bakı. 29 aprel. REPORT.AZ/ Lənkəran şəhər sakini, 1978-ci il təvəllüdlü İdrak Əkbərovun yaşadığı Şeyx Zahid küçəsi, ev 4-də tiryəkxana aşkarlanıb.
"Report" xəbər verir ki, əməliyyat məlumatları əsasında polis əməkdaşları mənzilə baxış keçirərkən oradan 2 kq-a yaxın narkotik vasitə olan heroin aşkar edilərək maddi sübut kimi götürülüb.
Bundan əlavə, narkotik vasitələrin qəbulu zamanı istifadə olunan əlavə preparatlar aşkarlanıb.
Ev sahibi və tiryəkxanada olan digər şəxslər, ümumilikdə 6 nəfər saxlanılıb. Onlardan biri qadındır. Saxlanılanlar arasında iki və yeddi dəfə məhkumluq həyatı yaşayanlar da var.
Faktla bağlı araşdırma aparılır.