Lənkəran rayonunda 19 yaşlı gənc qətlə yetirilib.
“Report”'un Cənub bürosunun verdiyi xəbərə görə, gənclər arasında baş verən kütləvi dava zamanı Cəlilabad rayon sakini, 2003-cü il təvəllüdlü Tosif Şohlət oğlu Nəsirov bıçaq xəsarətləri alıb.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır.