Lənkəranda qonaq gedən kişi qarşısı kəsilərək bıçaqlanıb

Lənkəran. 18 aprel. REPORT.AZ/ Lənkəran rayonunun Girdəni kəndində kütləvi dava zamanı bıçaqlanma hadisəsi baş verib.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, 1976-cı il təvəllüdlü Ləj kənd sakini Əliağayev Vaqif Gülməmməd oğlu qulaq nahiyəsindən kəsilmiş yara diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Hadisə V. Əliağayev qonaq getdiyi Girdəni kəndindən geri qayıdan zaman olub. O, yolunu kəsən 3 sərxoş kişi ilə mübahisə, ardınca isə dava edib. Bu zaman onlardan biri bıçaqla V.Əliağayevə hücum edib. O, müdafiə olunmaq istədikdə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39