Lənkəranda oğul anasını bıçaqlayıb

Lənkəran rayonunda oğul anasını bıçaqlayıb.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Lənkəran şəhəri, Rövşən Bayramov küçəsi, 29 ünvanında baş verib.

Belə ki, 1948-ci il təvəllüdlü Rəisə Əzizova bədəninin müxtəlif yerlərində kəsilmiş-deşilmiş yaraları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisənin R.Əzizovanın oğlu tərəfindən ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Cəlilabadda ev təmamilə yanıb 27 iyun, 2026 / 12:04
Kadir İnanır vəfat edib 26 iyun, 2026 / 19:30