Lənkəranda Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə yanğın olub

Lənkəran şəhərinin Moloja kəndi yaxınlığında Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə 1 ha sahədə kol-kos yanıb.

"Report" bu barədə FHN-ə istinadən xəbər verir.

Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər xəbərlər