Lənkəranda maşın ağaca çırpılıb, 2 nəfər xəsarət alıb

Lənkəran. 29 iyul. REPORT.AZ/ Lənkəran rayonunun Liman şəhərində yol qəzası baş verib.

"Report"un Cənub bürosu xəbər verir ki, Qumbaşı kənd sakini Nəcəfov Yaşar Əliyar oğlunun idarə etdiyi "VAZ-21015" markalı minik avtomaşınının ağaca çırpılması nəticəsində iki nəfər xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralıların kimliyi dəqiqləşdirilir.

Digər xəbərlər