​Lənkəranda mağazada yanğın baş verib

Bakı. 21 yanvar. REPORT.AZ/ Gecə saatlarında Lənkəran rayonunun Kərgalan kəndində vətəndaşa məxsus mağazanın yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, mağazanın qalan hissəsi və yaxınlıqda yerləşən obyektlər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41