Lənkəranda keçmiş məhkum mağazada quldurluq edib

Lənkəranda keçmiş məhkum mağazada quldurluq edib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 25-də rayon sakini E.Məmmədlini bıçaqla hədələyib işlədiyi mağazadan quldurluq yolu ilə 350 manat aparmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Həsənov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41