Lənkəranda evdən 7 min manatlıq qızıl oğurlayan şəxs tutulub

Bakı. 27 iyul. REPORT.AZ/ Lənkəranda evdən oğurluq olub.

DİN-in Mətbuat xidmətindən “Report”a bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 7000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Veravul kənd sakini Coşqun Hüseynov saxlanılıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Digər xəbərlər