Lənkəranda beş gün əvvəl avtomobilin vurduğu qadın xəstəxanada ölüb

Lənkəran. 12 sentyabr. REPORT.AZ/ Lənkəran rayonunda avtomobilin vurduğu qadın beş gün sonra xəstəxanada ölub. 

"Report"un Cənub bürosunun verdiyi məlumata görə, hadisə sentyabrın 7-də şəhərin Şəhidlər xiyabanı küçəsində qeydə alınıb. 

Belə ki, "Mercedes" markalı, 42 BN 209 dövlət qeydiyyat nişanlı minik avtomobili "Raypo" adlanan ərazidə yaşayan 1968-ci il təvəllüdlü Sevinc Sabir qızı Mirmövsümovanı vurub. Sürücü yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb və o, Reanimasiya şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47