Bakı. 17 oktyabr. REPORT.AZ/ Lənkəranda azyaşlını avtomobillə vurub qaçan sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, oktyabrın 16-da saat 12 radələrində Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini – azyaşlı Mirəziz Camalzadə vurulub.
Nəticədə azyaşlıya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Lənkəran şəhər rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “VAZ-2103” markalı avtomobilin sürücüsü, Astara şəhər sakini İskəndər İsayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.