Lənkəranda avtomobil piyadanı vurub öldürdü

Lənkəran rayonunda ağır yol qəzası baş verib.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə rayonun Şağlaser kəndində qeydə alınıb.

Belə ki, 1964-cü il təvəllüdlü, Əliyev Ağaziyad Miryunus oğlu “VAZ 2107” markalı avtomobillə vurulub.

Sürücü xəsarət alan şəxsi avtomobili ilə xəstəxanaya çatdırmaq istəsə də A.Əliyev yolda vəfat edib.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Sürücü izahatı alınmaq üçün polis şöbəsinə aparılıb. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47