Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) “Report”a verilən məlumata görə, hadisə Kərgəlan kəndində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı minik avtomobili yol kənarındakı işıq dirəyinə çırpılıb.
Hadisə yerinə FHN-in Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri cəlb olunub.
Xilasedicilər sıxılı vəziyyətdə qalan sürücü 2000-ci il təvəllüdlü Rzayev Qadir Qəhrəman oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.