Lənkəranda 20 yaşlı gənci avtomobil vurub.
"Report"un Cənub Mərkəzinin məlumatına görə hadisə rayonun Xolmili kəndində qeydə alınıb.
Belə ki, yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Fərman Sünbül oğlu Səfərovu avtomobil vurub. Yaralı hadisəni törədən sürücü tərəfindən ağır vəziyyətdə Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. F.Səfərova qapalı kəllə-beyin travması diaqnozu qoyularaq Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.