Lənkəranda atışma olub, 1 nəfər yaralanıb - ƏLAVƏ OLUNUB

Lənkəran. 6 yanvar. REPORT.AZ/ Axşam saatlarında Lənkəran rayonunda silahlı insident baş verib. 

"Report"un Cənub bürosu xəbər verir ki, hadisə rayonun Bürcəli kəndində qeydə alınıb.

Atışma nəticəsində 1985-ci il təvəllüdlü Abbasov Taleh Rəssam oğlu odlu silah yarası alıb və xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat otağına göndərilib.

Zərərçəkənin atası Abbasov Rəssamın sözlərinə görə, oğlu 4 nəfərlə mübahisə edib və bu zəmində ona atəş açılıb.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41