Lənkəranda ahıl qadın qonşusu tərəfindən döyülüb

Lənkəran. 19 yanvar. REPORT.AZ/ Lənkəran rayonunda 67 yaşlı qadın döyülərək xəstəxanalıq olub. 

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Kosalar kəndində baş verib. 

Belə ki, kənd sakini, 1951-ci il təvəllüdlü Məşkurə Ənvər qızı Babayeva qonşusu tərəfindən döyülərək ağır bədən xəsarətləri alıb.

Yaralı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Digər xəbərlər