Lənkəranda 90 yaşlı kişini avtomobil vuraraq öldürüb

Lənkəran rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Cənub Mərkəzinin məlumatına görə, hadisə Lənkəran-Boradigah yolunun Veravul kəndi ərazisində baş verib.

Belə ki, kənd sakini, 1930-cu il təvəllüdlü Fərman Feyzi oğlu Qurbanov yolu keçərkən  "VAZ-2104" markalı avtomobil tərəfindən vurulub.

Hadisəni törədən Separadi kənd sakini, 1987-ci il təvəllüdlü Hünər Ərəstun oğlu Rzayev yaralını idarə etdiyi 42-BR-872 dövlət qeydiyyat nişanlı avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

F.Qurbanov Reanimasiya şöbəsinə yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26