Lənkəranda 72 yaşlı qadını avtomobil vurub

Lənkəranda 72 yaşlı qadını avtomobil vurub.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Zövlə kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1950-ci il təvəllüdlü Şağlaser kənd sakini Vəsmcan Salman qızı Tağıyevanı "VAZ-2107" markalı avtomobil vurub. Sürücü yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Yaralının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Sürücünün izahatı alınmaq üçün polis şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47