Bakı. 24 mart. REPORT.AZ/ Lənkəran şəhərində 4 nəfərin ölümü, 1 nəfərin yaralanmasına səbəb olan və hadisə yerindən qaçan sürücü tutulub. "Report"un məlumatına görə, Astara rayon sakini 30 yaşlı Xansu Talıb oğlu Xəlilzadə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən tutularaq istintaqa cəlb olunub.
Qeyd edək ki, ötən gecə Lənkəran-Boradigah şosse yolunda, şəhəri Ləvəngi dairəsinə yaxın ərazidə ağır yol-nəqliyyat hadisəsi baş verib. Yüksək sürətlə hərəkətdə olan "VAZ 21 099" markalı, 10 GJ 472 dövlət qeydiyyat nişanlı avtomaşın piyadaları vurub. İdarəetməni itirən avtomaşın yoldan çıxaraq şam ağaclarına çırpılıb. Hadisə zamanı 4 nəfər - 1979-cu il təvəllüdlü İsmaylov İmran, 1995-ci il təvəllüdlü Cəbrayilov Əli, 1991-ci il təvəllüdlü Əliyev Səbuhi və 1988-ci il təvəllüdlü Hüseynov Elvin dünyasını dəyişib, 1987-ci il təvəllüdlü Kənan Həsənov ağır bədən xəsarətləri alıb. Sürücü Xəlilzadə Xansu hadisə yerindən qaçıb.
Lənkəranda 4 nəfərin ölümünə səbəb olan sürücü tutulub
Digər xəbərlər
Yevlaxda yük avtomobili 12 yaşlı velosipedçini vuraraq öldürüb
20 noyabr, 2026 / 09:02
Göyçayda yol qəzası olub, ölən və xəsarət alan var
20 noyabr, 2026 / 00:35
Lənkəranda zəncirvari avtomobil qəzasından sonra iki kənd işıqsız qalıb
19 noyabr, 2026 / 23:46
Beynəlxalq axtarışda olan şəxs Türkiyədən Azərbaycana ekstradisiya edilib
19 noyabr, 2026 / 21:19
FHN: Badamdarda sürüşmə prosesi hazırda aktiv fazadadır
19 noyabr, 2026 / 18:05
Bu ilin 10 ayı ərzində 6 tondan çox narkotik vasitə məhv edilib
19 noyabr, 2026 / 16:29
10 ay ərzində narkotiklə bağlı 4 731 nəfər tutulub, 60-ı əcnəbidir
19 noyabr, 2026 / 16:24
Bu ilin 10 ayı ərzində 265 milyon manatlıq narkotik aşkarlanıb
19 noyabr, 2026 / 16:22
Bu ilin 10 ayı ərzində narkotiklərlə bağlı 6 792 cinayət faktı aşkarlanıb
19 noyabr, 2026 / 16:19
Bakıda yanğın təhlükəli mebel mağazasının fəaliyyəti dayandırılıb
19 noyabr, 2026 / 15:44
Bəşir Süleymanlı 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib
19 noyabr, 2026 / 15:12
Astarada yüksəkgərginlikli elektrik dirəyi aşıb, dörd baş qaramal tələf olub
19 noyabr, 2026 / 15:09
Azərbaycanda bu ilin 10 ayında sürət həddinin aşılması səbəbindən 256 nəfər ölüb
19 noyabr, 2026 / 12:30
Hacıqabulda zəlzələ olub
19 noyabr, 2026 / 10:28
Bakıda bir neçə yolda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
19 noyabr, 2026 / 10:08
Beyləqanda avtomobil arxa aşıb, ölən var
19 noyabr, 2026 / 09:23
Qazaxda dörd nəfərin öldüyü qəzada yaralanan qadının vəziyyəti ağırdır – Yenilənib-3
18 noyabr, 2026 / 21:58
Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
18 noyabr, 2026 / 20:46
Azərbaycanda 104 kq narkotik və 8 mindən çox həb dövriyyədən çıxarılıb
18 noyabr, 2026 / 17:39