Lənkəranda 35 yaşlı qadın itkin düşüb

Lənkəran rayonunda 35 yaşlı qadın itkin düşüb.

“Report”un xəbərinə görə, hadisə yanvarın 18-də rayonun  qeydə alınıb.

Belə ki, 1985-cü il təvəllüdlü qadın yaşadığı evdən xəbərsiz çıxıb və bir daha geri qayıtmayıb.

Onun yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət ediblər.

Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.

Digər xəbərlər