Lənkəranda 22 yaşlı qadın intihar edib

Bakı. 16 sentyabr. REPORT.AZ/ Lənkəranda intihar hadisəsi qeydə alınıb.

Rayon Prokurorluğundan "Report"a verilən məlumata görə, Lənkəran rayonu, Kosalar kənd sakini 1994-cü il təvəllüdlü Dilşad Ağayeva özünü yaşadığı evdə asaraq intihar edib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39