Lənkəranda 15 yaşlı yeniyetməni avtomobil vurub

Lənkəran. 10 avqust. REPORT.AZ/ Lənkəran rayonunda 15 yaşlı yeniyetməni avtomobil vurub. 

"Report"un Cənub bürosunun məlumatına görə, rayonun Şirinsu kənd sakini, 2002-ci il təvəllüdlü Fuad Cəbrayıl oğlu Əlizadə naməlum avtomobil tərəfindən vurulub. Yaralı Lənkəran Diaqnostika Mərkəzində müayinədən keçirildikdən sonra mərkəzi xəstəxanaya aparılıb. Hazırda yeniyetmə reanimasiya şöbəsindədir. 

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər