Bakı. 5 sentyabr. REPORT.AZ/ Lənkəran şəhər sakini Fərhad Tağıyevdən 2 kq 28,9 qr marixuana götürülüb.
"Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.
Lənkəran Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Fərhad Tağıyevdən 2 kiloqram 28,9 qram marixuana götürülüb.
Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayonun Ürkməzli kənd sakini Azad Əhmədovun evinə baxış zamanı dipçəkdə kultivasiya yolu ilə yetişdirilmiş 5 ədəd çətənə kolu və 483,54 qram marixuana aşkar edilib.