Lənkəran. 27 fevral. REPORT.AZ/ Lənkəran rayonunda bıçaqlanma hadisəsi baş verib.
"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, 1987-ci il təvəllüdlü İlqar Fədail oğlu Hüseynov Viyən kəndində qarın boşluğundan aldığı iki bıçaq yarası ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Yaralının yaxınlarının dediyinə görə, İ.Hüseynov özü-özünə xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.