Lənkəran sakini intihar edib

Lənkəran. 8 sentyabr. REPORT.AZ/ Lənkəranda yerli sakin özünü asaraq intihar edib.

"Report"un məlumatına görə, hadisə rayonun Mamusta kəndində baş verib. 

Belə ki, həmin kəndin sakini, 1978-ci il təvəllüdlü Anar Etibar oğlu Qulamov yaşadığı evin həyətindəki tövlədə özünü iplə asaraq intihar edib.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Digər xəbərlər

Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37