​Lənkəran sakini faciəli şəkildə ölüb

Bakı. 18 fevral. REPORT.AZ/ Lənkəran sakini traktoru arxaya verərkən aşırıb və hadisə yerində ölüb.

"Report" xəbər verir ki, fevralın 17-də Lənkəran rayonunun Türkəncil kəndində yaşayan Elxan Bayramov həyətində “DT-75” markalı traktorunu arxaya verərkən aşırıb və hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.  

Digər xəbərlər

Şəkidə 4 nəfəri çaqqal dişləyib 11 sentyabr, 2026 / 13:05