Lənkəran sakini dərmandan zəhərlənib

Lənkəran. 28 dekabr. REPORT.AZ/ Lənkəranda dərmandan zəhərlənmə hadisəsi baş verib.

"Report"un Cənub bürosunun verdiyi məlumata görə, Nizami küçəsi, Dalan 1, ev 6-da yaşayan Məhərrəmov Ruslan Rəhim oğlu əsəb xəstələri üçün nəzərdə tutulan çoxlu miqdarda həb qəbul edib.

Yaxınları tərəfindən Lənkəran Mərkəzi Xəstəxanasına çatdırılan şəxsin əsəb xəstəsi olduğu bildirilir.

Digər xəbərlər