Lənkəran sakini həmkəndlisi tərəfindən bıçaqlanıb

Bakı. 16 aprel. REPORT.AZ/ Lənkəranın Mamusta kəndində bıçaqlanma hadisəsi baş verib.

"Report"un Cənub bürosunun məlumatına görə, 55 yaşlı kənd sakini Qənbərov Əmənulla Fətəli oğlu qarının ön nahiyəsinin kəsimiş-deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Çoxlu qan itirən yaralı dərhal əməliyyat olunub.

Hadisənin şəxsi münaqişə zəminində baş verdiyi bildirilir. Hadisə ilə bağlı zərərçəkən Ə. Qənbərovun həmkəndlisi olan Məmmədov Xoşbəxt Balağa oğlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Ordubadda qaya uçqunu olub 31 mart, 2026 / 12:15
Daşkəsəndə yol çöküb 30 mart, 2026 / 11:46