Laçın sakinində odlu silah aşkarlanıb

Laçın rayon sakinindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayon sakini Turab Nuriyevdən müvafiq sənədləri olmayan ov silahı aşkar edilərək götürülüb.

Faktla bağlı Laçın RPŞ-də araşdırma aparılır.

Digər xəbərlər

Lerik rayonunda zəlzələ olub 27 sentyabr, 2026 / 11:31
Laçında traktor minaya düşüb 26 sentyabr, 2026 / 11:51
Axtarışda olan 198 nəfər tutulub 26 sentyabr, 2026 / 10:36