Kütləvi dava zamanı Maştağa sakinini bıçaqlayan şəxs tutulub

Bakı. 13 iyul. REPORT.AZ/ Kütləvi dava zamanı Maştağa sakinini bıçaqlayan şəxs tutulub.

DİN-in mətbuat xidmətindən “Report”a bildirilib ki, iyulun 12-də saat 4 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisindən qəsəbə sakini Hacıağa Əliyevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə daxil olmuş məlumatla əlaqədar 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Bakı şəhər sakini Mircəlal Süleymanov saxlanılıb.

Faktla bağlı cinayət işləri başlanılıb, istintaq aparılır.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14