Kürün aşağı axınında çayın səviyyəsi artıb

Kür çayının aşağı axınında çayın səviyyəsi artıb.

Bu barədə "Report"un Muğan bürosuna yerli sakinlər məlumat verib.

Sakinlərin sözlərinə görə, çayın aşağı axınında su 40 sm-ə yaxın artıb:

"Hazırda şirin su Neftçala rayonunun Bankə qəsəbəsinə çatıb. Çayın Xəzər dənizinə qovuşmağına 20 km qalıb".

Həmçinin məlumata görə, Şirvanda da çayın suyu 1 metrə yaxın artıb.

Qeyd edək ki, bu ayın əvvəlindən Kür çayında su azalıb və bəzi yerlərdə tamamilə qurumuşdu.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47