Kürdəxanıda yolu keçmək istəyən yaşlı qadını maşın vurub

Bakı. 23 oktyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunda orta yaşlı qadını maşın vurub.

"Report" xəbər verir ki, yol-nəqliyyat hadisəsi Kürdəxanı qəsəbəsində qeydə alınıb.

1965-ci il təvəllüdlü Zəfərova Validə Sultan qızı yolu keçərkən onu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən sürücü Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Digər xəbərlər