Kürdəxanıda avtomobilin vurduğu piyada xəstəxanada öldü

Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, iyunun 13-də Bakı şəhər sakini Ş.Muradov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Şərur rayon sakini Əfsər Abdullayevi vurub.

Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada iyunun 14-də orada ölüb.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56