Kürdəmirdə yol qəzasında 2 qadın ağır xəsarət alıb

Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Xırdapay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iritutumlu yük (TIR) və BYD markalı minik maşınları toqquşub.

Nəticədə minik maşınında olan iki nəfər sərnişin - 57 yaşlı Şabanova Mehbarə Abdulla qızı və 29 yaşlı Abdullayeva Jalə Nazim qızı müxtəlif növ bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Gəncədə ev yanıb, ölən var 26 mart, 2026 / 10:51