Kürdəmir rayonunun Bakı prospektində yol qəzası zamanı avtomobil yanıb.
"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, 1964-cü il təvəllüdlü yerli sakin Kərimov Tahir Vəkil oğlunun idarə etdiyi "10-VH-988" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı minik avtomobili 1982-ci il təvəllüdlü yerli sakin Qəniyev Natiq Fariz oğlunun idarə etdiyi "90-HZ-421" dövlət qeydiyyat nişanli "Mercedes"lə toqquşub.
Nəticədə T.Kərimovun idarə etdiyi avtom avtomobil yanıb. Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.