Kürdəmirdə yol qəzası olub, xəsarət alan var

Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Muradxan kəndində qeydə alınıb.

Belə ki, “VAZ-2106” markalı avtomobilin sürücüsü hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı körpünün dirəyinə çırpılıb. Qəza zamanı avtomobildə olan sərnişin, 53 yaşlı Novruzov Habil Vəzir oğlu müxtəlif xəsarətlər alıb.

Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Fakt araşdırılır.

Digər xəbərlər

Cəlilabadda ev təmamilə yanıb 27 iyun, 2026 / 12:04
Kadir İnanır vəfat edib 26 iyun, 2026 / 19:30