Kürdəmirdə yol qəzası olub, qadın sərnişin xəsarət alıb - FOTO - VİDEO - YENİLƏNİB

Rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslərin adları məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, 1970-ci il təvəllüdlü Heydərov Elxan Ağəli oğlunun iadər etdiyi  "VAZ-21015" markalı avtomobil hərəkətdə olarkən əks istiqamətdə hərəkətdə olan 1986-cı il təvəllüdlü Alıyev Eldar Niyazı oğlunun idarə etdiyi "VAZ-21010" markalı maşınla toqquşub.

Nəticədə "015" markalı avtomobilinin sürcüsü və avtomobildə olan sərnişin, Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Bayramova Ramilə Nəriman qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı sərnişin Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


*** 14:35

Kürdəmir rayonunda yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Bakı prospektində qeydə alınıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Yaralılar “təcili yardım” avtomobili ilə xəstəxanaya çatdırılıblar. 

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47