Kürdəmirdə yol qəzası nəticəsində bir qadın xəsarət alıb

Kürdəmir. 9 noyabr. REPORT.AZ/ Kürdəmir rayonunda yol qəzası baş verib.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Pirili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Pirili kənd sakini, 1956-cı il təvəllüdlü Kərimov İxtiyar Abdulkərim oğlunun idarə etdiyi "VAZ-2106""VAZ-21010" markalı minik avtomobillərinin toqquşması nəticəsində "06"nın sürücüsü və sərnişini Pirili kənd sakini - 1984-cü il təvəllüdlü Kərimova Mətanət Məhəmməd qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Cəlilabadda avtomobil piyadanı vurub.

Digər xəbərlər

Binədə qanunsuz tikili sökülüb 28 yanvar, 2026 / 12:38