Kürdəmirdə yaşlı kişini maşın vurub

Kürdəmir. 24 iyun. REPORT.AZ/ Kürdəmir rayonunda 55 yaşlı piyadanı avtomobil vurub.

“Report”un Mərkəzi Aran bürosunun məlumatına görə, 1963-cü il təvəllüdlü şəhər sakini Salahov Tahir Allahverdi oğlu Babək prospektində yolu keçmək istəyərkən onu avtomobil vurub.

Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Cəlilabadda avtomobil yanıb 07 sentyabr, 2026 / 11:33