Kürdəmirdə qəzada yaralanan gənc qadın ölüb

Ötən gün Kürdəmirdə baş verən ağır yol qəzasında xəsarət alanlardan biri dünyasını dəyişib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, “Hyundai” markalı 3 avtomobilin toqquşması nəticəsində xəsarət alanlardan biri - İmişli rayon sakini, 29 yaşlı Həsənli Günel Asif qızı müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə aparılarkən yolda dünyasının dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda yol çöküb 13 noyabr, 2026 / 19:13