Kürdəmirdə minik və yük avtomobili toqquşub, xəsarət alan var

Kürdəmir rayonunda yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "KamAZ" markalı yük maşınına hərəkətdə olarkən arxadan gələn "VAZ-2109" markalı avtomobil çarpılıb. Nəticədə VAZ-da olan sərnişin, 46 yaşlı Bakı sakini Həsənov Natiq Rəşid oğlu xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47